15.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

70 illik evliliyin sirri: "Ayrı yaşayın" - FOTOLAR

13 apr 2025 22:00
DÜNYA
ads

Şotlandiyanın Orkni adasında 70 il əvvəl eyni gündə evlənən iki cütlük ailələrinin yubileylərini qeyd ediblər.

Qutb.az BBC-yə istinadən bildirir ki, Tomi və Telma Bac, həmçinin Tominin bacısı Vaylet Bac və onun həyat yoldaşı Lesli Flett 1955-ci il 9 aprel tarixində Kirkuoll şəhərində ortaq nikah mərasimi ilə evləniblər.

Telma hazırda 87, Tommi 89, Vaylet 91, Lesli isə 94 yaşındadır.

Onlar uşaqları, nəvələri və nəticələri ilə birgə evliliklərinin 70 illik yubileylərini böyük sevinclə qeyd ediblər.

Cütleklər uzun evliliklərinin sirrini isə "bol-bol ayrı qalmağa" borcludurlar.

Telma deyir ki, ilk illər ərini yalnız ayda bir neçə gün görürdü. Tomi əvvəlcə orduda xidmət edib, sonra isə dəniz fənəri işçisi kimi çalışıb. Vaylet və Lesli də uzun illər işləri səbəbindən bir-birindən ayrı olublar. Lesli fənərçi kimi, Vaylet isə gecə növbələrində işləyib.

Cütlüklər bir-birlərinə zəng etmək əvəzinə güzgüyə kağız üzərində qeydlər yapışdıraraq ünsiyyət qurublar. “Sirrimiz bir az məsafə saxlamaq idi”, - Vaylet deyir. Telma isə gülümsəyərək əlavə edib: “70 ildir evliyik, amma bəlkə yalnız 35 ilini birlikdə keçirmişik.”

Evləndikləri günün xatirələri də sadədir: nikah mərasimi o dövrdə xəstəxana binasında yerləşən qeydiyyat şöbəsində baş tutmuşdu. Vaylet o gün ilk və son dəfə şampan içdiyini, amma heç bəyənmədiyini deyir.

Cütlüklər 60 və 65 illik yubileylərində mərhum Kraliça II Elizabetdən təbrik kartı alıblar. Bu dəfə isə kral III Çarlz və kraliça Kamilladan təbrik kartı alıblar. Maraqlısı budur ki, onların evlilik tarixləri kral və kraliçanın da nikah tarixi ilə üst-üstə düşür.

1428400

1428399

1428398

1428397

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
150 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur