24.10.25 | Bakı 15.03° C |
10:06:25
Lent :

Türk dövlətləri ilə bağlı vacib TƏKLİF

24 okt 2025 14:00
GÜNDƏM
ads

Azərbaycan son illərdə startap və innovasiya ekosisteminin inkişafına xüsusi önəm verir və bu sahəni iqtisadi diversifikasiyanın, rəqabət qabiliyyətinin və yeni nəsil sahibkarlığın əsas istiqamətlərindən biri kimi qiymətləndirir.

Qutb.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclasında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, startapların təşəbbüskarlığı, çevikliyi və innovativ düşüncəsi ölkəmizdə yeni iqtisadi dəyərlərin formalaşmasına, qeyri-neft sektorunun genişlənməsinə və rəqabətli texnologiya mühitinin yaranmasına mühüm töhfə verir.

“Azərbaycanda bu istiqamətdə həyata keçirilən təşəbbüslərdən biri "Sabah.hub" innovasiya mərkəzidir. “Sabah.hub” gənc mütəxəssisləri, startapları və investorları bir araya gətirərək ideyadan kommersiyalaşmaya qədər olan prosesdə dəstək göstərir. Mərkəzin nəzdində yaradılmış "Sabah Venture Fondu" isə yerli innovasiya layihələrinə sərmayə yatırmaqla, yeni nəsil texnoloji şirkətlərin formalaşmasına təkan verir. Bu, Azərbaycanın innovasiyanı iqtisadi siyasətin əsas tərkib hissəsinə çevirdiyini bir daha göstərir. Türk dövlətlərinin startap sahəsində birgə fəaliyyətini təşviq etmək, innovativ ideyaların reallaşdırılması və regiondaxili bazarlara çıxış imkanlarının genişləndirilməsi məqsədilə yeni əməkdaşlıq forması - Türk Dövlətləri Startap və İnnovasiya Əməkdaşlıq Platforması yaradılmasını təklif etmək istərdik. Platforma üzv ölkələr arasında innovasiya, startap və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığın koordinasiyasını təmin edəcək, bilik, təcrübə və texnoloji resursların paylaşımını asanlaşdıracaq vahid mexanizm rolunu oynayacaqdır. Bu təşəbbüs regionda innovativ inkişafı sürətləndirəcək və gənc sahibkarların potensialının reallaşmasına yeni imkanlar yaradacaq”, - deyə nazir vurğulayıb.

Mikayıl Cabbarov Türk Dövlətləri Təşkilatının (TDT) sənaye, elm, texnologiya və innovasiya üzrə işçi qrupu tərəfindən Ümumtürk Patent Təşkilatının (CTPO) yaradılmasını da təklif edilib: “Əqli mülkiyyətin innovasiya, elm və sənayenin inkişafının təməlində dayandığını nəzərə alaraq, bu sahədə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi strateji əhəmiyyət daşıyır. Eyni zamanda, 2023-cü ilin noyabrında TDT-nin Astanada keçirilmiş 10-cu Sammiti çərçivəsində irəli sürülmüş Türk Dövlətləri Metrologiya Təşkilatının (TÜRKMET) yaradılması təşəbbüsü sənaye və texnologiyanın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. TÜRKMET-in təsis olunması regional iqtisadi inteqrasiyanın dərinləşməsi, elmi-tədqiqat və innovasiya potensialının gücləndirilməsi baxımından vacibdir”.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
158 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
15.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur