"Liverpul"un baş məşqçisi Yurgen Klopp Məhəmməd Salah barədə danışıb.
Publika.az xəbər verir ki, o, Misir millisi ilə Afrika Millətlər Kubokunda iştirak edən və artıq zədələnən futbolçusunun klub həkimlərinin nəzarətində sağalmaq üçün İngiltərəyə qayıdacağını bildirib:
“O, İngiltərəyə qayıtmalıdır. Bilmirəm, hər şey 100% razılaşdırılıb, amma plan belədir. Nə qədər uzaqda olsa da, bizimlə reabilitasiyadan keçməsi məntiqlidir.
Mən onunla zədələnən gecə danışdım. O vaxtdan həkimimizlə əlaqə saxlayır və vəziyyəti tibbi heyət mənə deyir. O, Afrika Millətlər Kubokuna qayıda bilərmi? Mən həkim deyiləm, amma deyərdim ki, əgər o, finala qədər hazır olsa və Misir finala yüksəlsə, yəqin ki, bəli. Niyə olmasın?
Fil Dişi Sahili gözəl ölkədir, amma bizim orada əməkdaşlarımız yoxdur ki, Afrika çempionatında oynayanlara baxsınlar”.
Qeyd edək ki, daha əvvəl Salahın durumu açıqlanmış və onun yüngül əzələ problemi olduğu bildirilmişdi. Hətta onun Misir millisinin cəmi 2 oyununu buraxacağı açıqlanmışdı.
Heybət