Baş nazir Nikol Paşinyanın qərarı ilə Ermənistan nümayəndə heyəti Bəhreynə yola düşəcək.
Qutb.az xəbər verir ki, nümayəndə heyətinə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan rəhbərlik edəcək.
Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, onun köməkçiləri Sevak Qəhrəmanyan və müşavirləri Mikael Avetisyan, Konstantin Qəzaryan Manama Dialoqu və "Sülhün kəsişməsi" konfransında iştirak etmək üçün 30 oktyabr - 3 noyabr tarixlərində Bəhreyn və Belçikada (Brüssel) işgüzar səfərdə olacaqlar.
İşgüzar səfərdən sonra Təhlükəsizlik Şurasının katibi üç iş günü ərzində Baş nazirin aparatına və Xarici İşlər Nazirliyinə hesabatlar təqdim etməlidir.