Argentina millisinin futbolçusu Ezekiel Palasiosun həyat yoldaşı Yesika Frias onun DÇ-2022-də qazandığı medalı satmaqla hədələyir.
Publika.az xəbər verr ki, Frias "Bayer Leverkuzen"in yarımmüdafiəçisindən boşanma üzrədir. O, medal üçün aldığı pulu Tiqre şəhərindəki birgə mənzillərinin borcunu ödəməyə sərf etmək istəyir:
“Onun boşanma sənədini imzalamasını istəyirəm. Yalnız haqqım olanı istəyirəm. Bu, Almaniyada olan ümumi mülk ona maraqlı deyil. İcarəyə götürüb, amma qalmayacağını bildiyi üçün pul vermək istəmir.
Kirayə pulunu ödəmək üçün bütün formalarını və dünya çempionatının qızıl medalını satacağam. Mən işləməyə çalışıram, amma son 4 ili onunla idim. Susmağım onun maraqlarına uyğundur. Milli komanda haqqında söylədiyi şeylər var, amma bunları deməyəcəm”.
25 yaşlı Palasios 2020-ci ilin yanvarından "Bayer Leverkuzen"də çıxış edir. Bu mövsüm argentinalı "əczaçılar"ın heyətində 44 oyun keçirib və 10 qol vurub.
Heybət