12.10.25 | Bakı 16.03° C |
10:06:25
Lent :

Bu şərtlə hücumları dayandırarıq... - Husilər

12 okt 2025 17:00
DÜNYA
ads

Yəmənin "Ənsar Allah" hərəkatı (husilər) İsrail tərəfindən Qəzza sektorunda atəşkəs razılaşmasına əməl olunacağı halda, bu ölkəyə raket hücumlarını və Qırmızı dənizdə gəmilərə edilən hücumları dayandıracaq.

 

Qutb.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə hərəkatın siyasi bürosunun üzvü Huzam əl-Əsəd bildirib.

 

"Əgər İsrail razılaşmaya əməl edərsə, hərbi əməliyyatlarımız dayandırılacaq, lakin biz onun icrasını izləməyə davam edəcəyik", – deyə o vurğulayıb.

 

Əl-Əsəd əlavə edib ki, əgər İsrail Qəzzadakı fələstinlilərə qarşı təcavüz və blokadanı bərpa edərsə, husilər hərbi əməliyyatları əvvəlkindən daha intensiv şəkildə davam etdirəcəklər.

 

Qeyd edək ki, İsrail və HƏMAS Misirin vasitəçiliyi ilə atəşkəs razılaşmasına nail olublar. Razılaşma 10 oktyabrda, İsrail qoşunlarının Qəzza sektorundan qismən geri çəkilməsindən sonra qüvvəyə minib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
157 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur