İran, Fələstinin HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq avqustun 15-də İsrailə hücum edə bilər.
QÜTB.AZ xəbər verir ki, bu barədə "Axios" portalının müxbiri Barak Ravid "X" sosial şəbəkəsində İsrail kəşfiyyatındakı iki mənbəyə istinadla məlumat verib.
“İsrail Kəşfiyyat Təşkilatının yenilənmiş qiymətləndirməsinə görə, İran bunu bir neçə gün ərzində, hətta avqustun 15-də girovlarla bağlı danışıqlardan əvvəl edə bilər”, - Ravid yazıb.
Avqustun 12-də İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Daniel Haqari bildirib ki, İrandan mümkün hücuma görə ordu “yüksək hazırlıq” vəziyyətindədir.
Hüseyn İbadlı