Kilian Mbappe "Real"la 5 illik müqavilə imzalayıb.
Publika.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Mövsümün sonunda forvard azad agent kimi PSJ-dən ayrılacaq və iyulun 1-dən Madrid klubunun futbolçusu olacaq.
Mənbənin məlumatına görə, Mbappe iki həftə əvvəl “Real”la anlaşıb.
Fransız futbolçu vergilərdən sonra illik 15-20 milyon avro maaşla “Real”ın ən çox maaş alan futbolçusu olacaq. Bundan başqa, Mbappe üçün bonuslar da nəzərdə tutulub.
PSJ-də son iki il ərzində hücumçu 32 milyon (vergilərlə birgə 72 milyon) qazanırdı.