Fransa G7 ilə birlikdə Ukraynaya dəyən zərərin ödənilməsi mexanizmini hazırlamaq niyyətindədir.
Publika.az xəbər verir ki, Fransa digər G7 ölkələri ilə birlikdə Paris və Kiyev arasında təhlükəsizlik sazişindən irəli gələn Ukraynaya dəymiş zərərin ödənilməsi mexanizmini hazırlamaq niyyətindədir. Sənəd Ukrayna prezidentinin ofisinin saytında dərc olunub.
Kiyevə yardımın bu üsulu Fransa və digər maraqlı ölkələr üçün prioritet adlanır.
Cəmilə