İspaniya məhkəməsinun “Barselona”nın keçmiş futbolçusu Dani Alvesin cinsi təcavüzlə bağlı hökmündən apellyasiya şikayətindən sonra onun 1 milyon avro girov müqabilində həbsdən azad edilməsinə qərar verdiyi barədə məlumat vermişdik.
Publika.az xəbər verir ki, Alveşin “Barselona”, PSJ və milli komandada birlikdə çıxış etdiyi hücumçu Neymarın atası hesabları dondurulan futbolçunun girov pulunu ödəyəcək. Bu barədə “La Vanguardia” məlumat yayıb.
Daha əvvəl Neymarın ailəsi Alvesin işi ilə bağlı 150 min avro ödəyib. Bu da zərərçəkənə dəyən mənəvi zərərin ödənilməsi üçün istifadə edilib və cəzanın azaldılması üçün yüngülləşdirici hal olub.