"Hizbullah" hərəkatının rəhbəri Həsən Nəsrullahın aradan götürülməsi Yaxın Şərqdə gərginliyin daha da artmasına səbəb olacaq ki, bu da İsrailin istədiyidir.
QÜTB.AZ xəbər verir ki, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz "CNN Türk"ə müsahibəsində Nəsrullahın məhvi ilə bağlı yayılan məlumatlara belə cavab verib.
“Bu, şübhəsiz ki, geosiyasi gərginliyin artmasına səbəb olacaq. Prinsipcə, İsrail buna çalışır”, - o vurğulayıb.
Sentyabrın 28-də Baş Qərargah rəisi general-leytenant Herzi Halevi Nəsrullahın ləğvindən sonra açıqlama verib.
Herzi Halevi deyib ki, İsraili kimin təhdid etməsindən asılı olmayaraq, onun ordusu bu insanlara necə çatacağını biləcək: şimal sərhədlərində və cənubda, hətta daha ucqar yerlərdə.
Baş Qərargah rəisi ordunun bütün istiqamətlərdə maksimum döyüş hazırlığında olduğunu vurğulayıb.
Adəm Abbaslı