İsrailli etirazçılar Qəzzaya gedən yardım karvanına hücum etdi
İsrailli etirazçılar İordan çayının qərb sahilində Qəzzaya gedən yardım karvanına hücum edərək, yola ərzaq paketləri və taxıl kisələri səpələyiblər.
İordaniyadan gələn və humanitar yardıma böyük ehtiyac duyulan Qəzzaya gedən yardım karvanları Hebronun qərbindəki Tarkumiye keçid məntəqəsində israilli etirazçıların hücumuna məruz qalıb.
Ağ Ev hadisəni pisləyib və yardım karvanlarının talan edilməsindən qəzəbləndiyini bildirib. Hücumun arxasında duran qrup, Qəzzada israillilərin girov saxlanmasının davam etməsinə etiraz etdiklərini açıqlayıb.
Sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş videolarda nümayişçilərin yük maşınlarından yerə ərzaq bağlamaları ataraq onları ayaqda altına aldıqları görünür. Bəzi videolarda avtomobillər günün gec saatlarında yandırılır.
İsrail mediası etirazın təşkilatçılarını "İsraillilər girov olarkən Qəzzaya yardım göndərilməsini dayandırmağı hədəfləyən sağçı qrup" kimi xarakterizə edib.
Etirazçılardan biri AFP xəbər agentliyinə deyib ki, o, digər əsgərləri və İsrail vətəndaşlarını öldürməyə çalışan Həmas-a yardım maşınları getdiyi üçün keçid məntəqəsinə gedib.
33 yaşlı Hana Giat bildirib ki, İsrailli girovlar sağ-salamat qayıdana qədər heç bir yemək Qəzzaya girməməlidir.
ABŞ-ın milli təhlükəsizlik müşaviri Jake Sullivan, fəalların davranışının "tamamilə qəbuledilməz" olduğunu söylədi. Sullivan həmçinin Ağ Evin narahatlığını “İsrail hökumətinin ən yüksək vəzifəli şəxslərinə” çatdırdığını bildirib.
Qəzzada bir BMT işçisi öldürülüb
Yardım karvanlarının göndərilməsi nəzərdə tutulan Qəzzada humanitar vəziyyətin beynəlxalq ictimaiyyətin böyük bir hissəsində narahatlıq doğurduğu ifadə edilir.
BMT-nin Dünya Ərzaq Proqramı xəbərdarlıq edib ki, Qəzza zolağının şimalında fələstinlilər "tam aclıq yaşayırlar".
Ən çox fələstinlilərin sığındığı bölgənin cənubunda İsrailin Rəfahın şərqində hücuma keçməsi və Misirdən keçən yardım axınının dayanmasından sonra vəziyyət daha da pisləşib.
Yardım təşkilatları bölgənin cənubundakı Kerem Şalom qapısından yardımların daxil olmasının bölgədəki təhlükəsizlik vəziyyəti səbəbindən çox çətin olduğunu bildirir.
Qəzzada xəstəxanaya gedən iki BMT işçisindən biri ölüb, digəri isə yaralanıb. İsrailin Qəzzaya hücumları davam etdikcə İordan çayının qərb sahilində israilli mühacirlər ilə fələstinlilər arasında gərginlik artıb.
Köçkünləri izləyən “Sülh İndi” təşkilatının məlumatına görə, 2,7 milyon fələstinli ilə birlikdə İsrailin işğalı altında olan Qərb Sahilində və Şərqi Qüdsdə 700 min israilli yaşayır.
Beynəlxalq ictimaiyyət yəhudi məskənlərini qanunsuz hesab etsə

Beynəlxalq ictimaiyyət yəhudi məskənlərini qanunsuz hesab etsə də, İsrail buna qarşıdır.