29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Ceyhun Bayramovun Sergey Lavrovla görüşdə müzakirə etdiyi məslələr açıqlanıb

05 dek 2022 15:25
SİYASƏT
ads

Azərbaycan Xarici İşlər Nazirliyi xarici işlər naziri Ceyhun Bayramovun Moskvada Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrovla görüşdə müzakirə etdiyi məsələləri açıqlayıb.


Qurumdan  bildirilib ki, dekabrın 5-də C.Bayramovun Rusiyaya işgüzar səfəri baş tutub.


Səfərin əvvəlində, xarici işlər naziri Ceyhun Bayramov Moskva şəhərindəki Aleksandr bağında naməlum əsgərin məzarını ziyarət edib və əbədi məşəl önünə əklil qoyub.


Daha sonra, nazir Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə ikitərəfli və geniş nümayəndə heyəti ilə birgə görüş keçirib.


Görüşdə Azərbaycan-Rusiya arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri, iqtisadiyyat, təhsil, nəqliyyat və digər ikitərəfli və regional sahələrdə əməkdaşlıq, eləcə də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması məsələləri, üçtərəfli bəyanatların icrası müzakirə edilib.


Nazir Ceyhun Bayramov Azərbaycan və Rusiya arasında yüksək səviyyəli dialoqun və sıx təmasların olmasından məmnunluq ifadə edib. İki ölkə arasında diplomatik əlaqələrin qurulmasının cari ildə 30 illik yubileyinin qeyd olunduğunu söyləyən nazir, müxtəlif tədbirlərin keçirildiyini və bu tədbirlərin ikitərəfli münasibətlərə töhfə verəcəyini qeyd edib.


Nazir Ceyhun Bayramov, həmçinin post-münaqişə dövründə sülh gündəliyi və Azərbaycan tərəfindən atılan addımlar barədə qarşı tərəfə məlumat verib.


Ermənistanın prosesi ləngitmək cəhdləri, Üçtərəfli Bəyanat, xüsusilə də 4-cü və 9-cu bəndlər üzrə öhdəliklərini yerinə yetirməməsi, qüvvələrini tam şəkildə ərazilərimizdən çıxarmaması, bütün kommunikasiyaların açılması işinə maneçilik törətməsi üzrə narahatlıqları diqqətə çatdırıb. Azad olunmuş ərazilərdə mövcud mina təhlükəsindən söz açan nazir Ceyhun Bayramov, Azərbaycan ərazilərində 2021-ci ildə Ermənistanda istehsal olunmuş minaların aşkar edilməsinin Ermənistan tərəfindən öhdəliklərinin ciddi şəkildə pozuntusu olduğunu və sülh prosesinə xələl gətirdiyini vurğulayıb. Bununla yanaşı, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdə təbii sərvətlərimizin qanunsuz istismarı məsələsi müzakirə mövzusu olub.


Geniştərkibli görüşdən sonra, Azərbaycan və Rusiya Xarici İşlər Nazirlikləri arasında 2023-2024-cü illər üçün siyasi məsləhətləşmələr planı imzalanıb.


Daha sonra, nazirlərin iştirakı ilə Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş poçt markalarının xüsusi poçt ştempeli ilə damğalanması mərasimi keçirilib. Eyni zamanda, yeni nəşr olunmuş Azərbaycanla Rusiya arasında imzalanmış sənədlərin toplusunun 2-ci cildi təqdim edilib.


Görüşdən sonra, Azərbaycan və Rusiya xarici işlər nazirlərinin birgə mətbuat konfransı keçirilib. Konfrans zamanı nazirlər bəyanatlarla çıxış edib və medianın suallarını cavablandırıblar.



Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur