29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Cavan görünmək üçün görün nə edir

11 yan 2024 02:00
GÜNDƏM
ads

İspan gözəli Penelopa Kruz illərdir cazibədarlığı ilə göz qamaşdırır. 49 yaşı olmasına baxmayaraq, aktrisa hələ də heyrətamiz görünür. Bəs aktrisa gənc görünmək üçün hansı üsullara əl atır?

Publika.az oxucuları kino ulduzunun gözəllik sirləri ilə tanış edir.

Şəkərə yox!

Kino ulduzu cavan qalmaq üçün çox səy göstərir. Buraya sağlam və balanslı qidalanmadan tutmuş müntəzəm məşqlərə qədər bir çox şərtlər daxildir. Əlbəttə ki, ləzzətli keks və ya piroqlara "yox demək" asan deyil, amma şəkəri rasiondan çıxarmaq dərinizə böyük fayda verə bilər. Penelopa da gözəlliyinə xələl gətirə biləcək qidaları yemməyə çalışır.

“Mən süd və şəkərdən uzaq durmağa çalışıram. Çoxlu meyvə, tərəvəz və keyfiyyətli protein yeyirəm. İndi də çox su içirəm, bunu əvvəllər etməmişdim”, - Kruz etiraf edib.

Çox məşq edir

Daimi məşq enerjili qalmağınıza kömək edir və ümumi sağlamlığınızı yaxşılaşdırır. Gündəlik idman dərinizə müsbət təsir göstərə bilər və Kruz aktiv qalmaq üçün əlindən gələni edir.

“Mən bədənimi tamamilə dəyişdirən bikram-yoqa ilə məşğul oluram. Əvvəllər letargik idim, amma indi enerji səviyyələrim həddi aşıb. Bu sehrli hissdir, amma bu sehri qazanmaq lazımdır”, - kino ulduzu bildirib.

Üzünü daş roliklə masaj edir

Mütəxəssislər bizi əmin edirlər ki, təbii daşlarla üz masaj aləti dərinizdə möcüzələr yarada bilən sərfəli gözəllik vasitəsidir. Penelopa da belə düşünür.

“Mənim vizajistim Pablo İqlesias son filmimizin çəkilişində jade rollerdən istifadə etdi və təxmin edin nə oldu? Bu, həqiqətən işə yaradı”, - ulduz cavanlıq sirlərindən danışarkən bölüşüb.

Aktrisa axşam gözəllik rituallarına da çox intizamlıdır və onları heç vaxt qaçırmır. "Mən həmişə dərimi təmizləyirəm və nəmləndirirəm", - ulduz qetiraf edib.

Gözəllik daxildən başlayır

Xeyr, biz gözəl bir ruhdan danışmırıq. Aktrisa həkimlərlə razılaşır ki, yalnız gözəllik məhsulları kifayət deyil, bağırsaq sağlamlığı və düzgün qidalanma da həyati əhəmiyyət kəsb edir.

“Mən bu fikrə heyranam. Mən həqiqətən inanıram ki, mədə ikinci beynimizdir”, - Kruz müsahibələrinin birində vurğulayıb.

Aytən


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur