28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Əsədə səsləndi: "Ölməmişəm və buradayam"

18 dek 2024 18:00
DÜNYA
ads

Əsəd rejiminin işgəncə mərkəzi olan Sednaya həbsxanasında yaşanan hadisələr qan dondurmaqda davam edir.

QÜTB.AZ xəbər verir ki, məhbuslardan biri olan Amar Musa adlı şəxs həbsxanada gördüyü işgəncələr barədə danışıb.

Sednayada qaldığı kamerada yaşadıqlarını izah edən Musa mühafizəçilərin onları kəndirlə bağladığını bildirib: “Bizi belimizdən kəndirlə bağlayırdılar. Mühafizəçilər deyirdilər ki, bu kəndirləri açsanız, öləcəksiniz”.

O, Sednayada məhbusların ayaq üstə gəzməsinin qadağan edildiyini bildirib: “Biz sürünmək məcburiyyətində qalırdıq, başını qaldıran öləcəkdi”.

Həbsxanada çox adamın qaldığını bildirən Musa kameralarda insanların üst-üstə yatmalı olduqlarını qeyd edib.

Qaldığı kameranın qapısında qələbə işarəsi qoyan Musa devrilmiş lider Əsədə səslənərək "Əsəd, ölməmişəm və buradayam” deyib.

Roza

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur