La Liqanın 24-cü turunun “Barselona” – “Qranada” görüşü 3:3 hesablı heç-heçə ilə başa çatıb.
Publika.az xəbər verir ki, kataloniya komadasının gənc vingeri Lamin Yamal dubla imza atıb. 16 yaşlı futbolçunun hazırda La Liqada 3 qolu var. Çempionat tarixində heç kim 17 yaşına çatana qədər daha çox qol vurmayıb.
Bu göstəricidə ikinci yeri hərəyə 2 qol vuran Ansu Fati və İker Muniain bölüşür.
Heybət