29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

"Misli” “GoalPlus SummerFest 2024” yarışlarının sponsorudur

13 iyn 2024 13:00
GÜNDƏM
ads

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”nın “Misli” brendi idmanın inkişafı naminə keçirilən daha bir tədbirin — “GoalPlus SummerFest 2024”də U-19 və U-23 yarışlarının sponsorudur.

Hər zaman idmanın inkişafına dəstək olan “Misli” daha öncə də bu idman festivalında uğurla təmsil edilib. Məqsəd sağlam həyat tərzinin təbliği və futbola olan marağın artırılması ilə yanaşı, gənclərin asudə vaxtının səmərəli təşkili və idmanla məşğul ola biləcəkləri əyləncə platformasının yaradılmasına töhfə verməkdir.

Artıq dördüncü ildir ki, bu festival idman həvəskarlarını bir araya gətirir və ötən il 16 000-dən çox izləyicinin marağına səbəb olub. Bu il isə tədbirdə 20 000-dən çox iştirakçının olması gözlənilir.

Festival çərçivəsində futbol, basketbol, voleybol, elektron idman oyunları və digər bir çox idman növlərində turnirlər həyata keçiriləcək. Futbol üzrə dörd liqada 88 komanda və 1000-dən çox idmançı mübarizə aparacaq. Xüsusi olaraq “Goal+Cup” turniri "Misli Cup" adlanacaq.

Festival boyu müxtəlif əyləncə zonalarında bir-birindən maraqlı oyunlar təşkil olunacaq. Həmçinin burada futbol üzrə Avropa Çempionatının oyunları canlı yayımlanacaq.

15 iyunda başlanan festival 18 avqusta qədər davam edəcək.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur