"Barselona", "Milan" və Braziliya millisinin əfsanəvi keçmiş yarımmüdafiəçisi Ronaldinyonun oğlu Joao Mendes İngiltərənin "Bernli" klubu ilə müqavilə imzalayıb.
QÜTB.AZ xəbər verir ki, Porto Aleqredən olan “sehrbaz”ın 19 yaşlı varisi 2026-cı ilə qədər müqavilə imzalayıb.
Əvvəllər Mendes 2023-cü ildə qoşulduğu "Barselona"nın gənclər komandasının oyunçusu olub.
Ötən mövsüm Joao doqquz matçda iştirak edib. Daha əvvəl Joao Mendesin "Barselona"nın əsas komandası ilə məşq etdiyi bildirilirdi.