"Neftçi" bazasına hücum edən azarkeşlərin həbs edilməsi ilə bağlı açıqlama yayıb.
Publika.az xəbər verir ki, klub azarkeşlərdən şikayət etmədiyini bildirib:
"Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində keçirilən “Neftçi” - “Qarabağ” matçından sonra dörd nəfər azarkeş məğlubiyyətə etiraz məqsədilə “Neftçi”nin İnzibati binasının ərazisində pirotexniki vasitələrdən istifadə edərək asayişi pozub. Bildirmək istərdik ki, baş verən hadisə ilə bağlı “Neftçi” klubu heç bir şikayət bildirməyib. Hüquq mühafizə orqanları qanunvericiliyin tələblərinə əsasən həmin şəxsləri məsuliyyətə cəlb edib".
Xatırladaq ki, məhkəmənin qərarı ilə "Neftçi"nin bazasına hücum edənlərdən biri 30, digəri 15 sutka inzibati qaydada həbs olunublar. 2 nəfər isə cərimə edilib.
Heybət