Almaniyanın Gettingen şəhərində koronavirus dövründə karantində olan 200 nəfər təzminat üçün məhkəməyə müraciət edib.
Publika.az xəbər verir ki, iddiaçılar kütləvi karantinə alınan zaman yaşadıqları ərazinin hasarlarla əhatə olunmasına qarşı iddia qaldırıblar. Bir həftə polisin mühasirəsində qalan iddiaçılar birinci məhkəmədə qalib olublar.
Məhkəmə ərazinin hasarlanmasını qanunsuz hesab edib. Həmin ərazinin sakinlərinin təməl hüquqlarının pozulduğu və azadlıqlarının məhdudlaşdırıldığı barədə qərar çıxarıb. Bundan əlavə, iddiaçılar Gettingen Bələdiyyəsindən 880 min avro (334,566 AZN) təzminat istəyiblər.
Roza