"Şimali Atlantika Alyansına üzv dövlətlər Vaşinqtonda keçiriləcək sammit zamanı qərara alacaqlar ki, NATO Kiyevə hərbi dəstək göstərmək və Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinin hazırlanması üzrə səylərin əlaqələndirilməsinə rəhbərlik edəcək".
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Culian Smit "Bloomberg" TV-yə müsahibəsində bildirib.
“NATO indi Ukraynaya səxavətlə göstərilən yardımı sadələşdirmək üçün bütün bu səyləri əlaqələndirəcək”, - o deyib.
Onun sözlərinə görə, həmçinin iyula planlaşdırılan alyans sammitinin yekunlarına əsasən, Ukrayna paytaxtında xüsusi nümayəndə təyin olunacaq:
O, Ukrayna silahlı qüvvələrinin modernləşdirilməsi üzrə səylərin əlaqələndirilməsinə, həmçinin gələcəkdə yeni qüvvələrin yaradılmasına cavabdeh olacaq".
Eyni zamanda, o əlavə edib ki, NATO Ukrayna münaqişəsinin bitmə vaxtını proqnozlaşdırmır, lakin Kiyevdən gələn sülhün bərpası təşəbbüslərini dəstəkləməyə hazırdır.
Hüseyn İbadlı