Kiyevə cəbhə xəttini qorumaq üçün azı 60 qırıcı lazımdır.
Publika.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak "Bloomberg" agentliyinə müsahibəsində deyib.
“Kiyevə indi cəbhə xəttinə nəzarət etmək üçün ən azı 60 qırıcı lazımdır, 100-120 təyyarə əldə etmək əlverişli olardı”, - o bildirib.