16.09.25 | Bakı 19.03° C |
10:06:25
Lent :

İmtahan sualları dərsliklərə uyğun deyil? - DİM sədrindən REAKSİYA

16 sen 2025 12:00
GÜNDƏM
ads
Advertisement

İmtahanlarda verilən tapşırıqlar dərsliklərə uyğun deyil, uşaqlar əzbərçiliyə yönəlir və kütləvi imtahan əzbərçiliyi təşviq edir kimi iradlar əsaslı və düzgün yanaşma deyil.

Qutb.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin rəhbəri Məleykə Abbaszadə "Xalq" qəzetinə müsahibəsində  deyib. 

DİM sədri qeyd edib ki, Milli Kurikulum 2009-cu ildə təsdiqlənmiş və rəsmi sənəd kimi qəbul olunub. Dərsliklər həmişə kurikuluma əsaslanır, eyni zamanda imtahan sualları müəyyən keyfiyyətləri yoxlamaq üçün hazırlanır.

"Məsələn, uşaqların "oxuyub-anlama" bacarığını yoxlayarkən, dərslikdə olmayan, tanımadıqları bir mətni təqdim edirik. Çünki kurikulumda göstərilir ki, şagird bilmədiyi, tanımadığı mətni oxuyub-anlamalıdır. Biz imtahanda şagirdə ona tanış olmayan mətni veririk ki, oxuyub-anlama, eşidib-anlama qabiliyyətini yoxlayaq. Müəyyən sualların qoyuluşu elədir ki, biz məlumatı verir və soruşuruq ki, situasiyanın həllini necə görürsən. Diaqramlarla işləmək kimi tapşırıqlar da verilir. Bu və ya diaqram özü dərslikdə olmaya bilər və olmamalıdır, şagird diaqramla işləmək bacarığını məktəbdə öyrənməlidir. Bəzən isə buna irad bildirirlər ki, verilən tapşırıqlar dərsliklərə uyğun deyil, uşaqlar əzbərçiliyə yönəlir və kütləvi imtahan əzbərçiliyi təşviq edir. Burada heç bir məntiq yoxdur, belə iradlar əsaslı və düzgün yanaşma deyil",  - deyə o qeyd edib. 

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
155 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
19.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur