ABŞ-nin Texas, Oklahoma, Arkanzas və Kentukki ştatlarında tufan və tornadolar bir çox yaşayış, ictimai binalara ziyan vurub, böyük dağıntılara səbəb olub.
Publika.az xəbər verir ki, güclü fırtınalar azı 22 nəfərin, o cümlədən 4 uşağın həyatına son qoyub.
Zərərçəkənlərin sayı yüzlərlədir.
Qeyd edək ki, 13 ştatda təxminən 600 min sakin elektrik enerjisiz qalıb.