Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzia bəyan edib ki, Ukrayna böhranı 2022-ci ildə İstanbulda əldə olunan razılaşma ilə həll olunmağa çox yaxındır. Lakin “Qərb sponsorları” Ukraynanı mübarizəni davam etdirməyə çağırır.
Publika.az xəbər verir ki, Nebenzia bu barədə BMT binasında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
O qeyd edib ki, Zelenski rejiminin qondarma sülh planı sadəcə yalandır: “Prezident Vladimir Putinin dediyi kimi, Ukrayna böhranı 2022-ci ildə İstanbulda həll yoluna çox yaxın idi. Sonra nə oldu? Heç nə. Müqavilə 95 faiz hazır idi. Daha sonra ukraynalılar danışıqlardan geri çəkildi”.
Aysel Şahmar