Türkiyənin İmralı adasının cənub-qərbində Mərmərə dənizində 69 metr uzunluğunda yük gəmisi batıb.
Publika.az xəbər verir ki, Sahil Təhlükəsizliyi Baş İdarəsindən verilən açıqlamada gəmidəki 6 ekipaj üzvünü xilas etmək üçün bölgəyə 3 qayıq və 1 helikopterin göndərildiyi bildirilib.
Bursa valisi Mahmud Dəmirtaş Türkiyə vətəndaşı olduğu güman edilən 6 nəfərlik heyətin xilas edilməsi üçün səylərin intensiv şəkildə davam etdiyini qeyd edib.
Dəmirtaş gəminin batdığı ərazidə dalğaların hündürlüyünün 3 metrə yaxınlaşdığını və Sahil Mühafizə Komandanlığının Mudanya rayonundakı kampusunda işləri koordinasiya etdiyini açıqlayıb.
Roza