Qobustanda, Bakı Dərin Özüllər Zavodunda işçilər arasında dava baş verib.
QÜTB.AZ xəbər verir ki, bir neçə şəxs 2001-ci il təvəllüdlü Nurlan Şahpələngovu vəhşicəsinə döyüblər.
O, beyinin ağır dərəcəli travması və dalağın partlaması diaqnozu ilə 1 sayli Kliniki Tibbi Mərkəzə çatdırılıb və dərhal əməliyyata alınıb.
Zərərçəkənin vəziyyəti ağırdır.