29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Paşinyan Qazaxla sərhədə gəldi, şam yandırdı, dua etdi: Məlumat verdilər ki...

25 may 2024 12:00
GÜNDƏM
ads

Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin Qazaxla sərhəd kəndlərinə gəlib.

Publika.az xəbər verir ki, Paşinyan səfər çərçivəsində Voskepar kəndindəki kilsəni ziyarət edib.

Paşinyan səfərinin videosunu sosial şəbəkələrdə yerləşdirib. Baş nazir məbəddə şam yandırıb, dua edib.

Bundan sonra sərhəd qoşunlarının qərargah rəisi, polkovnik Edqar Hunanyan baş nazirə kilsənin arxasındakı dərədə yerləşən sərhəd sütunlarından birini göstərib.

“Sərhədin özü dərənin dibi ilə keçir, lakin relyef aşağıda sütunun quraşdırılmasına imkan vermədi”, - Hunanyan izah edib.

Onun sözlərinə görə, Ermənistan tərəfi artıq sərhədçilər üçün müşahidə məntəqələrinin tikintisinə başlayıb.

Azərbaycan tərəfdəki dirəklərdən biri kilsənin yanındakı təpənin arxasında, ondan təxminən 130 metr aralıda quraşdırılacaq”, - polkovnik Hunanyan izah edib.

“Biz altı müşahidə məntəqəsi quraşdırmışıq, hələ ki, Azərbaycan tərəfi yollar çəkir və əldə olunan bütün razılaşmalar yerinə yetirilir”, - deyə sərhəd qoşunlarının qərargah rəisi bildirib.

Tural


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur