28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Vaşinqton-Texas gərginliyinin pərdəarxası: İqtisadi "müharibə"

31 yan 2024 08:00
GÜNDƏM
ads

ABŞ-ın cənub sərhədindəki qeyri-qanuni mühacir böhranının Ağ Evlə Texas ştatı arasında gərginliyə səbəb olduğu barədə məlumat vermişdik.

Publika.az xəbər verir ki, qeyri-qanuni mühacirlərin gəldiyi sərhəd bölgəsinə təxminən 4 kilometr tikanlı məftil çəkdirən Texas qubernatoru, ABŞ Ali Məhkəməsinin tikanlı məftillərin götürülməsini tələb edən qərarını tanımayıb. Texas qubernatoru Qreq Abbott prezident Baydenin xəbərdarlıqlarına məhəl qoymayıb və sərhəddə tikanlı məftillər çəkib.

Üstəlik, o, Baydenin naqilləri kəsmək üçün səfərbər etdiyi federal təhlükəsizliyə qarşı milli qvardiyanı yerləşdirib. Texas qubernatorunun bu müqavimətinin detalları haqda məlumat yayılıb. Bildirilir ki, əsas səbəb Texasın güclü iqtisadiyyatı və ABŞ-ın federal strukturudur. Texas 42 faizlə ABŞ-ın ən böyük neft hasil edən ştatıdır. Dünya üzrə ilk 10-luqdadır.

Texas kənd təsərrüfatı,əkinçilik, neft və qaz sənayesindəki fəaliyyəti ilə ölkə iqtisadiyyatına böyük töhfələr verir.

30 milyon əhalisi olan Texas, ölkənin işçi qüvvəsinin təxminən 22 faizini təşkil edir.

Roza Şəfiyeva


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur