18.04.25 | Bakı 10.03° C |
10:06:25
Lent :

Məşhur polis köməkçisi bu səbəbdən mükafatdan məhrum oldu: Kütləvi etirazdan sonra...

27 yan 2025 10:00
HADİSƏ
ads

Çinin ilk Corgi polis iti Fuzai, iş yerində yuxuladığı və yemək qabına təsadüfən sidiyə getdiyi üçün illik mükafatını itirib.

QÜTB.AZ xəbər verir ki, bu barədə "South China Morning Post" yazır.

Məlumata görə, şərhçilər iki düşərgəyə ayırıb: çoxları bu xəbərə gülüb və təsirlənib, digərləri isə cəzanın şiddətindən qəzəblənib.

“Heç olmasa, müdirin qabına edərdi", - deyə bir sosial şəbəkə istifadəçisi onun bonusunu dərhal geri qaytarmağı tələb edib.

İctimai etirazdan sonra polis sosial şəbəkələrində yeni bir video əlavə edib və onlar Fuzainin hələ də səxavətli Yeni il hədiyyəsi - Sakit okean siyənəyi və dovşan küftələri aldığını bildiriblər.

Qeyd edək ki, Fuzai 2023-cü ilin avqustunda doğulub və bir neçə ay sonra polis tərəfindən partlayıcı maddələrin aşkarlanması üzrə ekspert kimi işə götürülüb. "Uniformalı tüklü oğlanın" karyerası sürətlə inkişaf edib və 2024-cü ilin martına qədər cazibəsi və görkəmli peşəkar bacarıqları sayəsində internetdə məşhur olub.

Adəm

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
150 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
10.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur