“Mançester Yunayted”in yeni rəhbərliyi İngiltərə kubokunun finalı üçün klubun əməkdaşlarına verilən güzəştləri ləğv etmək qərarına gəlib.
Publika.az xəbər verir ki, əvvəllər təqribən 1100 işçi pulsuz biletlər və “Uembli”yə gediş-gəliş bileti əldə edirdi. Klub onların Londondakı mehmanxana xərclərini də qarşılayırdı. Eyni zamanda, yüksək vəzifəli işçilər və direktorlar dostlarını və qohumlarını özləri ilə matça apara bilərdilər.
Qeyd edək ki, “qırmızı şeytanlar” İngiltərə kubokunun finalında “Mançester Siti” ilə qarşılaşacaq. Oyun mayın 25-də baş tutacaq.