Boliviyalı general Xuan Xose Zuniqa Baş Prokurorluğun göstərişi ilə saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə Boliviya televiziyası məlumat yayıb.
Zuniqa onu maşına mindirən polis əməkdaşlarının müşayiəti ilə Baş Qərargah binasını tərk edib.
***
Boliviya ordusunun bölmələri paytaxtdakı Hökumət Sarayına zorla daxil olub.
Publika.az xəbər verir ki, hərbçilər Boliviyanın de-fakto paytaxtı La Pazda hökumət binasının qarşısındakı meydanı zəbt ediblər.
Ölkə Prezidenti Luis Arse Silahlı Qüvvələri demokratiyaya hörmət etməyə çağırıb.
Keçmiş prezident Evo Morales isə keçmiş ordu komandiri Xuan Xose Zuniqanı dövlət çevrilişinə cəhddə ittiham edib.