İspaniyada məhkəmə internetdə “Real”ın hücumçusu Vinisius Junioru irqi təhqir edən azarkeşə 60 min avro cərimə kəsib.
QÜTB.AZ xəbər verir ki, azarkeş X sosial şəbəkəsində braziliyalı futbolçuya qarşı irqçi ifadələrə yol verib. Cərimə ilə yanaşı, azarkeşə 2 il müddətinə İspaniyanın bütün stadionlarını ziyarət etmək qadağan edilib.
İspaniyada stadionda irqçiliyə görə ilk məhkumluq faktı qeydə alınıb. Üç “Valensiya” azarkeşi Vinisiusu təhqir etdiyinə görə 8 ay həbs cəzası alıb.