“Bayer” Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Qarabağ”la heç-heçə edib – 2:2.
İlk hissədən sonra 0:2 hesabı ilə məğlub olan “əczaçılar” ikinci hissədə məğlubiyyətdən yaxa qurtara bildilər.
Publika.az xəbər verir ki, bu, tarixdə ikinci dəfədir ki, Leverkuzen komandası Avropa Liqası və ya UEFA Kuboku matçında iki top fərqi ilə uduzduğu oyunda məğlubiyyətdən xilas ola bilib.
İlk dəfə bu, 2018/19 mövsümündə qrup mərhələsində Bolqarıstan “Ludoqorets”i ilə oyunda baş vermişdi, o zaman iki top fərqi ilə geridə olan “Bayer” 3:2 hesabı ilə qalib gələ bilmişdi.