05.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

Sağlam olmaq üçün gündə nə qədər ət yeməliyik?

22 fev 2024 21:00
GÜNDƏM
ads
Advertisement

Protein orqanizm üçün vacib maddələrdən biridir, onsuz həyat, böyümə və inkişaf mümkün deyil. Heyvan məhsulları bu maddə ilə zəngindir: ət, qaxac, süd məhsulları, toyuq yumurtası, balıq.

Publika.az xəbər verir ki, bu sözləri "Rospotrebnadzor"un Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun, Federal Büdcə Müəssisəsinin Molekulyar Diaqnostika Mərkəzinin dietoloqu, laboratoriya tibb məsləhətçisi Polina Vasilyeva bildirib.

"100 qram hinduşka əti yesəniz, gündəlik zülal ehtiyacınızın dörddə birini ödəmiş olarsınız. 100 qram balıq, məsələn, treska gündəlik ehtiyacınızın beşdə birini ödəyəcək. 100 qram soya gündəlik protein ehtiyacının üçdə birindən çoxunu ödəyir. Bu norma orta yaşlı bir insan üçün hesablanıb", - mütəxəssis "Gazeta.ru"ya müsahibəsində izah edib.

Onun sözlərinə görə, alimlər müəyyən ediblər ki, optimal protein tələbatı orta hesabla gündə ən azı 85-90 q olmalıdır. Bundan əlavə, stresli vəziyyətlər, xəstəlik, fiziki fəaliyyətin artması, qadınlarda isə hamiləlik və ana südü zamanı protein tələbatı artır.

Paxla, düyü, çovdar və yulafda olan bitki zülalına gəlincə, o, daha az həzm olunur, eyni zamanda balanslı qidalanma üçün vacibdir. Heyvan mənşəli məhsullardan kifayət qədər zülal ala bilərsiniz, lakin gündəlik rasionunuzda 50% bitki mənşəli protein olması daha faydalıdır.

Aytən


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur