14.06.25 | Bakı 19.03° C |
10:06:25
Lent :

Bu şəxslərdən heroin və tapança aşkar edildi -

28 sen 2023 10:00
HADİSƏ
ads
Advertisement

Xətai rayonunda narkotik vasitələrin satışını təşkil edən və üzərində qanunsuz odlu silah saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib.

Milli.Az bildirir ki, Xətai Rayon Polis İdarəsi, Narkotiklərlə Mübarizə, həmçinin ərazi polis şöbə və bölmələrinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı paytaxt sakinləri İgid Həsənov, Cəlal Hüseynov, Ağakişi Musayev, Rauf Hüseynov, Sənan Məmmədov və Nicat Sadıqov saxlanılıblar. Bu şəxslərdən 13 kiloqram heroin, marixuana, 390 ədəd psixotrop tərkibli metadon həbi, eləcə də Rauf Hüseynovdan əlavə olaraq 1 ədəd "Naqan", Sənan Məmmədovdan isə "TT" markalı odlu silah tapança aşkar olunub. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Həmçinin idarə əməkdaşlarının avqust-sentyabr aylarında həyata keçirdikləri əməliyyatlar zamanı rayon ərazisində yerləşən bir neçə mənzildə "tiryəkxana" təşkil edən, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 49 nəfər saxlanılıb.

Milli.Az


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
19.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur