01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Ukrayna BOK-un pulundan imtina etdi

04 yan 2024 06:00
İDMAN
ads

Ukrayna Milli Olimpiya Komitəsinin (MOK) prezidenti Vadim Qutsayt Beynəlxalq Olimpiya Komitəsinin (BOK) həmrəylik fondundan ayırdığı puldan imtina etdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, onun sözlərini “ua.tribuna.com” sitat gətirib.

Qutsayt bildirib ki, Ukrayna, Rusiya idmançıları yarışdan kənarlaşdırılarkən vəsait alıb, lakin onlar qayıtdıqdan sonra ölkə fonddan pul götürməyi düzgün hesab etmir.

“Bu, bir növ vəhşilik sayılacaq, alver predmeti hesab olunacaq. Bu məsələdə hamı məni dəstəklədi”, – deyə o vurğulayıb.

Dekabrın 8-də BOK rusların və belarusların Parisdə keçiriləcək Oyunlara buraxıldığını elan edib. Onlar turnirdə fərdi neytral idmançılar kimi iştirak edə biləcəklər. Eyni zamanda, Ukraynada müharibəni dəstəkləyən, habelə Rusiya və Belarusun silahlı qüvvələri və ya təhlükəsizlik orqanları ilə əlaqəsi olan idmançılar yarışa buraxılmayacaqlar.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur