Nə deyim sənə? — Amid Fərəcov
Qorxuram gül deyib incidəm səni
Axı gül tez solur,nə deyim sənə
Göy üzündə bədirlənmiş ayımsan
Ay da gecə olur,nə deyim sənə
Şirinimsən, söhbətimsən,sözümsən
Ürəyimdə təpərimsən,dözümsən
Canım,nəfəsimsən,iki gözümsən
Göz də hərdən dolur,nə deyim sənə
Nə deyim mən sənə,söylə nəyimsə
Ürək azdır,deyim ki,ürəyimsən
Düşünürəm deyəm ki, hər şeyimsər
Hər şey unudulur,nə deyim sənə
AMİD FƏRƏCOV