Keçmiş UFC ulduzu Peyc VanZant boks qaydalarına uyğun döyüşə razılaşıb.
Publika.az xəbər verir ki, cazibədar qadın idmançı bunu “YouTube” kanalında bildirib:
“Dünən menecerim zəng edərək boks qaydalarına uyğun döyüşməyi təklif etdi və mən də qəbul etdim. Bütün təfərrüatları sizə deyə bilməyəcəm. Hələ müqaviləni imzalamamışam.
Əvvəlcə 23 mart tarixi təklif etdilər. Bu, mükəmməl idi. 30 yaşıma çatmamış daha bir döyüşüm olacaq. Çünki martın 26-da 30 yaşım tamam olur. Ona görə menecerimə dedim ki, bəli, razıyam. Mübarizəni qəbul edəndən sonra dedilər ki, görüşü may və ya iyun ayına keçirəcəklər. Tam məlumatı əldə edəndə biz onu işıqlandıra bilərik. Çox həyəcanlıdır”.
Qeyd edək ki, UFC ulduuz Peyc VanZant 2020-ci ildə braziliyalı Amanda Hibasuya uduzduqdan sonra UFC-dən getməyə qərar verib. İndi o. yalnız “OnlyFans” hesabı və reklam müqavilələri vasitəsilə pul qazanır.