29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Bu ölkənin ən varlı qadını edam ediləcək: Apellyasiya məhkəməsini də uduzdu

03 dek 2024 13:00
DÜNYA
ads

Vyetnam Ali Xalq Məhkəməsi ölkənin ən zəngin qadınlarından biri olan Çuonq Mi Lanın daha əvvəl edam cəzasına məhkum edildiyi dələduzluq işi üzrə şikayətini rədd edib.

QÜTB.AZ xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

"Çuonq Mi Lanın hərəkətlərindən dəyən zərər böyükdür və son dərəcə ciddi nəticələrə malikdir... Cəzanı yüngülləşdirmək üçün heç bir əsas yoxdur", - Hoşimin şəhər məhkəməsinin qərarında bildirilr.

Xatırladaq ki, Lan aprel ayında 12,3 milyard dolları mənimsəməkdə, məmurlara rüşvət verməkdə və kredit vermə qaydalarını pozmaqda təqsirli bilinib. Hazırda iş qadını birinci iş üzrə ölümə, ikinci iş üzrə isə ömürlük həbsə məhkum edilib. Məhkəmə onun əməllərindən dəyən ümumi zərəri təxminən 27 milyard ABŞ dolları qiymətləndirib.

Tural

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur