UEFA "Napoli" prezidenti Aurelio De Laurentisin davranış qaydalarını pozmasını nəzərdən keçirir.
Publika.az xəbər verir ki, bu, funksionerin “Barselona” ilə matç ərəfəsində neapolluların paltardəyişmə otağında çəkiliş aparan "CBS Sport"un operatoruna qışqırması və oyundan sonra "Sky Sport Italia"ya müsahibə verən Matteo Politanonun sözünü kəsərək oradan uzaqlaşdırması ilə əlaqədardır. De Laurentis bununla UEFA-nın Davranış Kodeksinin 11b maddəsini pozub. O, buna görə cəzalandırılacaq.
Xatırladaq ki, “Napoli” səfərdə “Barselona”ya uduzub və (ümumi hesab 2:4) Çempionlar Liqasında mübarizəni dayandırıb.
Heybət