İtaliyanın Baş naziri Giorgia Meloni NATO-nun baş katibi Yens Stoltenberqə diqqətli olmağı tövsiyə edib.
Publika.az xəbər verir ki, siyasətçi "RAI-3" telekanalının efirində alyans rəhbərinin Ukraynanın Rusiyaya Qərb silahları ilə zərbə endirməsinə icazə verməklə bağlı sözlərinə belə reaksiya verib .
Meloni etiraf edib ki, NATO sərt mövqe tutmalı və təxribatlara boyun əyməməlidir.
“Stoltenberqin niyə belə dediyini bilmirəm. Ehtiyatlı olmaq lazımdır. Mən sizə daha diqqətli olmağı məsləhət görürəm", - İtaliya hökumətinin başçısı deyib.
Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Stoltenberqin çağırışını şərh edərək, onun mövqeyini İsveçrədəki sammit iştirakçılarının bilməsinin faydalı olacağını bildirib .
Mayın 25-də Stoltenberq Ukraynanın Rusiya ərazisindəki hərbi obyektlərə zərbələr endirməsinə icazə verməyə çağırıb. Baş katibin sözlərinə görə, Kiyev Rusiya Federasiyasındakı “qanuni hərbi hədəflərə” zərbə vura bilmədiyi üçün ölkənin özünü müdafiə etməsi çətindir.
Hüseynn İbadlı