16.04.25 | Bakı 10.03° C |
10:06:25
Lent :

Alman mətbuatı Mahirdən yazır

16 apr 2025 07:00
İDMAN
ads
Advertisement

Futbol üzrə Almaniya çempionatının ikinci liqasında (Bundesliqa-2) çıxış edən “Nürnberq” klubunun sonuncu turda “Kayzerlautern” üzərində 2:1 hesablı qələbə qazandığı oyunda azərbaycanlı hücumçu Mahir Emrelinin inamlı oyunu və vurduğu möhtəşəm qol medianın diqqət mərkəzində saxlanılıb.

 

Qutb.az xəbər verir ki, “Bild” qəzetində yayımlanan məqalədə Mahir Emrelinin uzun fasilədən sonra ilk qolunu vurduğunu və bu qələbənin komanda üçün son dərəcə əhəmiyyətli olduğu qeyd edilib. Qəzet M.Emrelinin əvvəlki çətinliklərinə baxmayaraq, komandanın ehtiyaclarına cavab verdiyini və bu performansının gələcəkdə də faydalı ola biləcəyini vurğulayıb.

 

Futbolçu qəzetə açıqlamasında “Kaiserslautern”ə qarşı qazandıqları qələbənin komandasına daha çox inam qazandıracağını və növbəti matçlara daha hazırlıqlı çıxacaqlarını qeyd edib. O, komandasının doğru mental hazırlığa sahib olduğu təqdirdə liqada hər hansı rəqibi məğlub edə biləcəyinə inandığını ifadə edib.

 

“Clubfokus” platforması isə M.Emrelinin verdiyi vədlərə sadiq qalaraq, oyunda göstərdiyi performansla tənqidçilərə cavab verdiyini bildirib. Məqalədə M.Emrelinin sosial mediada ona yönələn tənqidlərə baxmayaraq, sakit və peşəkar şəkildə çalışaraq, komandasına faydalı olduğunu sübut etdiyi vurğulanıb: “Bu performans Emrelinin komanda üçün nə qədər dəyərli bir oyunçu olduğunu və gələcəkdə də onun potensialından necə faydalanıla biləcəyini göstərir”.

 

“Nürnberger Nachrichten” (nn.de) nəşri isə “Raket yenidən işə düşdü” başlığı ilə təqdim etdiyi yazıda futbolçunun fəallığını və əzmkarlığını ön plana çəkib. Məqalədə, M.Emrelinin həm hücumda, həm də müdafiədə göstərdiyi səylər və komanda üçün nə qədər vacib oyunçu olduğu vurğulanıb.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
150 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
10.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur