28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Krala cavab verdi: "Bu, bizi maraqlandırmır"

13 iyl 2024 13:00
İDMAN
ads

“Aston Villa”nın və İngiltərə yığmasının hücumçusu Olli Uotkins Avropa çempionatının finalında İspaniya ilə oyun ərəfəsində İngiltərə kralı III Çarlzın ingilisləri qələbəyə çağıran sözlərinə reaksiya verib. Kral bu sözləri demişdi: “Son dəqiqəyə ehtiyac qalmadan, möcüzəvi qollar və ya seriya penaltisi olmadan stresssiz qələbə qazanın”.

Publika.az xəbər verir ki, Uotkins "BBC Sport"a açıqlamasında bu sözləri deyib:

“Sonda vurulan qollar oyunu daha həyəcanlı edir, amma şəxsən deyərdim ki, necə qalib gəlməyin bizim üçün heç bir əhəmiyyəti yoxdur. Təki top rəqibin toruna daxil olsun”.

Qeyd edək ki, Niderland ilə Avro-2024-ün yarımfinal oyununda Uotkins 90+1-ci dəqiqədə qələbə qolunu vurub. Əvvəlki pley-off matçlarında 2 dəfə ingilislər əlavə vaxtda və penaltilərdə qələbə qazanaraq məğlubiyyətdən xilas olublar.

Qeyd edək ki, final görüşü iyulun 14-də saat 23:00-da keçiriləcək.

Heybət


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur