"Barselona"nın müdafiəçisi Erik Qarsiya klubun tarixinə anti-rekordla düşüb.
QÜTB.AZ xəbər verir ki, ispaniyalı futbolçu buna UEFA Çempionlar Liqasının 1-ci turunun "Monako" ilə oyununda qırmızı vərəqə almaqla nail olub.
O, 10-cu dəqiqədə meydandan qovulub. Bununla da Qarsiya Çempionlar Liqası tarixində "Barselona"nın ən erkən qırmızı vərəqəsini alıb.
Qeyd edək ki, görüş "Monako"nun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qutb