Bu gün Avropa Parlamentində ittifaqın icraedici orqanı olan Aİ Komissiyasının yeni prezidenti üçün səsvermə keçiriləcək.
Publika.az xəbər verir ki, keçən iyun ayında keçirilən Avropa Parlamenti seçkilərindən sonra qərarvermə mexanizmlərində icraçıların müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Avropa liderləri tərəfindən daha bir müddətə namizədliyi irəli sürülmüş alman siyasətçi Ursula von der Leyenin etimad səsi alıb-almayacağı bəlli deyil. Onun səsverməsi 2019-cu ildə olduğu kimi öz qrupunun, eləcə də sosialist və liberal deputatların dəstəyi ilə mümkün olacaq.
Strasburqda olacaq səsvermə saat 15:00-da başlayacaq.
Səsvermədə mütləq səs çoxluğu əldə olunmasa, deputatlar yeni namizədin təyin olunmasını tələb edəcəklər.
Roza Şəfiyeva