Qazaxıstanın Almatı şəhərində güclü zəlzələ baş verib.
Publika.az xəbər verir ki, zəlzələ martın 4-də səhər saatlarında baş verib.
Zəlzələnin 5,2 bal gücündə olduğu qeyd edilir.
Almatı sakinləri güclü yeraltı təkanlar hiss etdikdən sonra küçələrə axışıb.
Dağıntı və tələfat barədə məlumat verilmir.