SAY: “İRSİMİZ” layihəsinə start verilir
“İRƏLİ” İctimai Birliyi Azərbaycan Respuiblikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "SAY: Support of Azerbaijan Youth” hərəkatı adı altında – “SAY: İRSİMİZ” layihəsinə start verir.
QÜTB.AZ xəbər verir ki, “SAY: İrsimiz” layihəsinin məqsədi gəncləri Azərbaycanın zəngin mədəni irsi ilə tanış etmək, bu mövzuda maarifləndirməklə onları milli-mənəvi dəyərlərimizə sadiq ruhda formalaşdırmaqdır. Buraya tariximizi, ədəbiyyatımızı, görkəmli şəxsiyyətlərimizi, tarixi abidələrimizi, toponimləri, milli rəqslərimizi, filmlərimizi, mahnılarımızı, mətbəximizi araşdırmaq daxildir. Layihə çərçivəsində müxtəlif təlimlər, görüşlər, infosessiyalar, praktiki məşğələlər, teatr tamaşaları, rəqs nümayişləri, müzakirə saatları, intellektual oyunlar və digər fəaliyyətlər təşkil etməklə biz gənclərin bilik və bacarıqlarının artmasına, milli irsimizin mahiyyətini öyrənmələri və dəyərləndirmələri üçün cəlbedici və maarifləndirici mühit yaratmağı hədəfləyir.