29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Tanınmış güləş hakimi karyerasını başa vurdu

24 dek 2024 22:00
İDMAN
ads

Azərbaycanın tanınmış güləş hakimi Hicran Şərifov 25 illik karyerasını başa vurub.

QÜTB.AZ xəbər verir ki, o, son olaraq Azərbaycan çempionatında 55 kiloqram çəki dərəcəsində Elmir Əliyevlə Rəşad Məmmədov arasında baş tutan final görüşünü idarə edib. Təcrübəli referi qarşılaşmadan sonra güləş ənənələrinə uyğun olaraq, fitini və qolçaqlarını xalça üzərinə qoyub və karyerasını başa vurduğunu rəsmən elan edib. Milli Olimpiya Komitəsi və Azərbaycan Güləş Federasiyası tərəfindən H.Şərifova xatirə hədiyyəsi təqdim olunub.

Qeyd edək ki, Hicran Şərifov “Pekin-2008”, “London-2012” və “Rio-2016” Yay Olimpiya Oyunlarında, Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında, dəfələrlə dünya və Avropa çempionatlarında, eləcə də digər mühüm beynəlxalq yarışlarda ədaləti qoruyub. Azərbaycan güləş tarixində 3 Olimpiadada iştirak etmiş yeganə hakim ünvanına sahib H.Şərifov “London-2012”nin ən ədalətli referisi qismində “Qızıl fit” mükafatına layiq görülüb. O, “Şöhrət” və “Olimpiya” ordeni, “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu”, “Tərəqqi” medalı, “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”, “Əməkdar məşqçi” fəxri adları ilə təltif olunub.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur