Bu mövsüm “Roma”da icarə əsasında çıxış edən PSJ-nin yarımmüdafiəçisi Renato Sançeş tezliklə Türkiyənin “Qalatasaray” klubunun futbolçusu ola bilər.
Publika.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində (keçmiş Twitter) jurnalist Nikolo Skira məlumat verib.
Mənbənin sözlərinə görə, ilkin mərhələdə portuqaliyalı futbolçu PSJ-yə qayıdacaq, çünki Roma klubu artıq onun xidmətində maraqlı deyil. Daha sonra Paris klubu onun satışı üçün hazırlıqlara başlayacaq. Sançesin agentinin ona “Qalatasaray”a keçmək variantını təklif etdiyi vurğulanır.
Xatırladaq ki, daha əvvəl mətbuatda 26 yaşlı futbolçunun Joze Mourinyonun komandasındakı mövqeyindən narazı olduğu barədə məlumatlar yayılmışdı. Bu mövsüm Sançes bütün turnirlərdə doqquz matçda iştirak edib və bir qol vurub. Ümumilikdə portuqal meydanda 228 dəqiqə keçirib.